Xalq şairindən etiraz: “Evimdə salamatam, qəza keçirməmişəm”
Bizi izləyin

Yazarlar

Xalq şairindən etiraz: “Evimdə salamatam, qəza keçirməmişəm”

Xalq şairi Nəriman Həsənzadə qəza keçirərək xəstəxanaya düşməsi barədə mətbuatda yayılan xəbərdən qəzəblənib.

Publika.az-a bu barədə danışan sevilən şair belə xəbərlərin ona pis təsir etdiyini bildirib: ”Yazıblar ki, guya qəza keçirmişəm, məni maşın vurub. Yalan söhbətdir, evimdəyəm, ayağımda heç bir problem yoxdur, səhər işə gedəcəyəm. Səhərdən hamı mənə zəng edib, narahatlığını bölüşür. İnsanları belə təlaşlandırmaq nəyə lazımdır axı? Bu cür xəbərlər mənim səhhətimə də mənfi təsir edir. Ayağım bir balaca əzilibsə, bunu şişirtməyin nə mənası var?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm