“Nasazam...” – xalq şairi ad gününü qeyd etməyəcək – VİDEO
Bizi izləyin

Yazarlar

“Nasazam...” – xalq şairi ad gününü qeyd etməyəcək – VİDEO

Bu dünya nərdivandı,
Qalxanda mehribandı,
Enəndə nə yamandı...

Hər kəsə tanış olan bu həzin misraların müəllifi, xalq şairi Nəriman Həsənzadənin ad günüdür. Nə az, nə çox, 84-ün kürəyini yerə vurur. Ay maşallah!

Qarlı-şaxtalı bir gündə dünyaya göz açan sevilən şairimizi təbrik edəndə də elə qarlayırdı. Ad gününü təmtəraqla qeyd etməyəcəyini deyən səbəbkar bunu səhhətində yaranan problemlərlə əlaqələndirdi: “A qızım, bir az nasazam, buna görə ad günümü elə ailə daxilində qeyd edəcəklər”.

Səhərdən telefonunun susmadığını deyən şair təbriklərin sayı-hesabı olmadığını bildirib: “Sağ olun ki, məni unutmursunuz. Səhərdən telefonum susmur. Dostlar, qohumlar, sevənlərim zəng edib ürək sözlərini söyləyirlər. Bu təbriklər məni xoşbəxt edir”.

Ad günündə şairin ən böyük arzusunu da öyrəndik: “Allahdan özümə cansağlığı arzulayıram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm