Göylər götürməyəcək qanı, and içirəm: Tanrı canı
Bizi izləyin

Yazarlar

Göylər götürməyəcək qanı, and içirəm: Tanrı canı

İtalyan bəstəkar və şair Davide Qualtieri Xocalıya yazdığı şeirə mahnı da bəstələyib. Qulu Ağsəsin çevirdiyi mətnə həsr olunan musiqili kompozisiya Milan Konservatoriyasının səhnəsində nümayiş olunub. Diqqət çəkən məqamlardan biri də budur ki, xor üzvləri arasında erməni tələbələr də olub. Şeiri bir daha təqdim edirik.

Xocalı

Şərqdən gələn qonağın

yükü hekayət olar –

amma mən eşitdiklərim…

inanmıram dünyada

belə cinayət ola…

Uzaq, günəşli ölkədə

25 fevral gecəsi

qarlı kölgədə

qırdılar 613 günahsız adamı –

aman vermədilər biri də qaça

Xocalı şəhid oldu,

Xo-ca -…

Elə bil muncuq

üzüldü sapınnan

topasına biçdilər xocalıları –

topunan…

Xocalı!

qətlinə fərman verənlər –

cani!

bu zülmü görənlər –

cani!

görüb-götürənlər –

cani!

Amma göylər

götürməyəcək bu qədər qanı

and içirəm:

Tanrı canı…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm