"Allah seven kalplerdedir" kitabı nəşr olundu
Bizi izləyin

Yazarlar

"Allah seven kalplerdedir" kitabı nəşr olundu

Millət vəkili Qənirə Paşayevanın qardaş Türkiyədə “Allah seven kalplerdedir” adlı kitabı “Nəfəs” Yayımevinə bağlı “Tuti kitab” tərəfindən nəşr olunub.

Kitaba ön sözü tanınmış təsəvvuf alimi, araşdırmaçı-yazar Cemalnur Sarqut yazıb. Xanım Sarqut ön sözdə müəllif və kitabın ana mövzusu barədə düşüncələrini bölüşüb. “Sevgili sostum Qənirə Paşayevanın Allah eşqiylə dolu qocaman bir ürəyi xalqa xidməti Haqqa xidmət sayan bir yaşantı biçimi vardır. Onun incəcik vücudunda Haqq və xalq sevgisi eylə bir qaynaşmışdır ki, bu eşq özünü qeyrət məqamına yetirib, həm ölkəsinə xidmətdə həm də türk cameəsinə xidmətdə yarışır halə gətirmişdir. Bu kitab onun yorucu, amma çox başarılı siyasi həyatının içində özünə döndüyü zamanların üzə vurması kimidir. İncələmə yazıları və şeirlərdən təşkil olunan içəriyi İslam dinini, həqiqi anlamı olan Məhəmməd Əxlaqı çarpıcı örnəklərlə beyinlərimizə və könlümüzə nəqşetməkdədir. Əsərin həmən həmən hər yerində, öyrədirkən qəlbə toxunan gerçək bir türk xanıməfəndisinin həqiqət qatını görmək mümkündür. Hər an məmləkətini düşünən və öz xidmətini daima az görən Qənirə, imanlı, idraklı, çağdaş amma eyni zamanda mənəvi dəyərlərini itirməmiş bir Azərbaycan xəyal etməkdədir. Əl ələ verib xidmət etdiyimiz məmləkətlərimiz və mənəvi dəyərlərimiz adına bu kitab üçün müəllifi təbrik edir, ortaq qayəmiz olan Rabbimin bizi ayırmamasını niyaz edirəm”.

Qeyd edək ki, qardaş ölkədə çıxan kitaba, xanım Paşayevanın “Özümə yolçuluq” silsiləsindən yazdığı trilogiyadakı bir sıra yazılar və məqalələr daxildir. Kitab Türkiyə türkcəsinə tanınmış ədib İmdat Avşar tərəfindən uyğunlaşdırılıb. Kitabda İ.Avşarın da müəllifin yaradıcılığı, ədəbi şəxsiyyəti və müraciət olunan mövzu ilə bağlı düşüncələri öz əksini tapıb. Onu da əlavə edək ki, mart ayının 7-dən kitab Türkiyənin kitab satış mərkəzlərində satışda olacaq. Bundan sbaşqa qardaş ölkədə kitabın imza törəni və tanıtımı təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm