Leyla Əliyeva - "Sən getdin uzaqlara!"
Bizi izləyin

Yazarlar

Leyla Əliyeva - "Sən getdin uzaqlara!"

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Sən getdin uzaqlara…” adlı şeiri oxucuların ixtiyarına veririk.

Sən getdin uzaqlara,
heç demədin, haraya..?
Həyat boşaldı... Aman!
soyuqdur, soyuq... yaman.
Qara görünür hər yan...
Sən uzaqlara getdin,
mənsə gələ bilmərəm...
“Gəlmək yasaqdır!” dedin...

Sən ki, məni lap çoxdan,
lap çoxdan tanıyırdın;
Utanırdın de niyə? –
Utanmağın bihudə...
Mən sevgini duyarkən,
səni dünyalar qədər
sevməyə başlayarkən
sən getdin uzaqlara,
Söyləmədin heç, hara?!

Aman! Qoru özünü,
od saçan güllələrdən.
Atəşlər qorxuludur,
Ürəyini titrədən
odlu busələrim tək...

Qoru, qoru özünü
xoşbəxt günlər xətrinə.
Tez qayıt, ürəyimdə
səhər açılsın yenə,
Səhər açılsın yenə...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm