Yazarlar
Azərbaycanın 21 şairinin əsərləri “Literaturnaya qazeta”da dərc edilib
Moskvada “Literaturnaya qazeta”nın həftəlik “Slovestnik” əlavəsinin növbəti nömrəsi Rusiyada yaşayan Azərbaycan şairlərinin yaradıcılığına həsr olunub.
Publika.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan
Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu
məlumat verib.
“Literaturnaya qazeta”da Azərbaycanı Rusiyada təmsil edən 21
şairin şeirləri dərc edilib.
N.Nəbioğlu bildirib ki, Moskvada yaşayıb yaradan tanınmış
müəlliflərimizin əsərlərinin belə bir nüfuzlu qəzetdə dərc edilməsi
təqdirəlayiqdir. Azərbaycan poeziyasının bu şəkildə təbliği olduqca
vacibdir. Bu həm də Moskvada yaşayan şairlərimiz və yazıçılarımızın
Rusiya yazıçıları arasında dostluq və yaradıcılıq əlaqələrinin
möhkəmlənməsində atılan önəmli addımlardan biridir.
Səhifəni çapa tanınmış yazıçı, ədəbiyatşünas Abuzər Bağırov
hazırlayıb. Şairlərimizin əsərlərinin bu nömrədə çap olunması
“Literaturnaya qazeta” ilə Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat İnstitutunun birgə layihəsi əsasında
Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovun dəstəyi ilə baş
tutub.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ