• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Xanəmir Telmanoğlu “Derlər” dedi

  • Yazarlar
  • 19 Fevral 2014 16:46
  • 646 Baxış
Xanəmir Telmanoğlu “Derlər” dedi

Azərbaycan ədəbiyyatının köhnəlməyən nəfəsi, yazıçı, şair Xanəmir Telmanoğlunun “Akademkitab” mağazasında “Derlər” kitabının təqdimat mərasimi keçirilib.

10-a qədər kitabın müəllifi olan şairin “Derlər” kitabında son illərdə yazdığı şeirlər yer alıb. Təqdimatda şairin ailəsi ilə yanaşı, yaxın dostları, yazarlar , şairlər və oxucular da iştirak edib. Təqdimatda iştirak edən ədəbiyyat və incəsənət adamları müəllifin özü və yaradıcılığı haqqında bir sıra fikirlər səsləndirib: Yazıçı Etimad Başkeçid böylə buyurdu: “Xanəmir dostumuz mənim sevə-sevə oxuduğum şairlərimizdən biridir. Onun şeirlərində mistik bir ovqat duyulur. İnsan bu şeirləri oxuyarkən istər-istəməz yeni bir dünyaya daxil olduğunu hiss edir”.

Yazıçı, şair Azər Abdulla: “Bu şeirlər qırmızı zolaq kimi parlayır. Xanəmir bütün imzalar içində öz dəsti-xətti ilə seçilən çox istedadlı şairimizdir. Onun yaradıcılığı mənə yazı texnikası cəhətdən böyük təsir göstərib. Mən onunla özümdən “ki” ilə “və”-ni silə bilmişəm”. Şair Əlisəmid Kür xəncəri xirtdəyə dirədi: “Xanəmir, həqiqətən, Xandır. Onun şeriləri ağır oxunsa da, insanda ilğımvarı qəribə bir ovqat yaradır. Bu şeirlər sevə-sevə oxunur”.

Gənc yazar Şahlar Ruhi ruhlandı: “Xanəmir Telmanoğlu mənim daim mütaliə etdiyim yazardır. O, Azərbaycan Ədəbiyyatında yeganə şairdir ki, ritual ədəbiyyat yazır. Onun şeirlərini və ya yazılarını bir cümləsini oxumaqla tanımaq olar”.

Aqşin Evren

Xəbər lenti

DAHA ÇOX XƏBƏR