İnformasiya müharibəsi, ədəbiyyat cəbhəsi və Xocalı faktoru
Bizi izləyin

Yazarlar

İnformasiya müharibəsi, ədəbiyyat cəbhəsi və Xocalı faktoru

İnformasiya müharibəsi, ədəbiyyat cəbhəsi və Xocalı faktoru

Yazar Rüfət Əhmədzadə gənclərə bu mövzuda mühazirə deyəcək

“İstər mətbuatda, istərsə də ədəbiyyatda milli qüvvələrin önə çıxması, dünya ictimaiyyətinə təsiretmə imkanlarımızın artması üçün, düşünülmüş mübarizə üsulu seçməyə məcburuq. Və nədənsə, hələ də bu işlərdə gecikirik”.

Bu barədə publika.az-a gənc yazar Rüfət Əhmədzadə bildirib.

“Əgər tarixə diqqət etsək, hələ elektron texnologiyalar və İnternet olmamışdan əvvəl də, erməni şovinistləri Azərbaycan türklərinə qarşı informasiya müharibəsi aparmış, dini ədəbiyyatdan bədii ədəbiyyata qədər düşmənlik təbliğ etmişlər. Dünyanın müxtəlif kitabxanalarına sırıdıqları elmi ədəbiyyat nümunələrində də bu əlamətlərə rast gəlmək olar”, - deyə R.Əhmədzadə bildirib.

Yazıçı qeyd etdi ki, İnternetin və sosial şəbəkələrin imkanlarından Azərbaycan gəncləri kifayət qədər fəal istifadə edir:

“İnformasiya müharibəsində, təbliğat məsələlərində gənclərimiz az iş görmür. Lakin uzun müddət jurnalist təcrübəmdən, eləcə də müxtəlif virtual aksiyaların təşkilatçısı kimi müşahidə etdiyim faktlar və gəldiyim qənaətlər var. Xüsusilə də, Xocalı faciəsi və soyqırım faktları ilə bağlı ortaya çıxan mübahisələr, bu qanlı hadisənin ildönümü ərəfəsində gündəmin gərginləşməsi bizi bir daha düşünməyə və yeni metodlar axtarmağa vadar edir”.

Rüfət Əhmədzadə bildirdi ki, Milliyyətçi Gənclər Təşkilatının (MGT) təşəbbüsü ilə, fevralın 23-də, saat 14:00-da “Xocalı faciəsi informasiya müharibəsinin predmeti kimi” mövzusunda mühazirə deyəcək. Onun sözlərinə görə, tədbirdə bu mövzuda bilgisi və təcrübəsi olan mühüm şəxslər də iştirak edəcək və tədbirdə ətraflı müzakirələr təşkil ediləcək.

Mühazirə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında – Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küç 1210-cu məhəllə ünvanında baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm