• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Brejnevin kitablarının müəllifi üzə çıxdı - FOTO

  • Yazarlar
  • 2 Aprel 2015 05:36
  • 729 Baxış
Brejnevin kitablarının müəllifi üzə çıxdı - FOTO

1980-ci ilin 31 martında Leonid İliç Brejnev ədəbiyyat üzrə Lenin mükafatına layiq görüldü.

Axar.az bildirir ki, 31 mart 1980-ci ildə Sovet İttifaqı tarixində böyük bir hadisə baş verdi – Kremlin Sverdlovski zalında təntənəli Lenin mükafatlandırma mərasimi keçirildi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnev ədəbiyyat üzrə Lenin mükafatına layiq görüldü. Sovet lideri bu mükafata ona aid olduğu iddia edilən trilogiyaya – “Kiçik torpaq”, “Dirçəliş” və “Ayaq dəyməmiş torpaq” kitablarına görə layiq görüldü.

Brejnevin ədəbiyyat mükafatına layiq görülməsi SSRİ xalqlarına əməlli-başlı lətifə mövzusu oldu. Brejnevin sözügedən trilogiyanın müəllifi olduğuna SSRİ ərazisində heç kim inanmadı. Rəhbərin o dövrlərdəki səhhəti o qədər də yaxşı deyildi. O, ağır xəstəlikdən əziyyət çəkirdi. Hansı trilogiya yazmaqdan söhbət gedə bilərdi?

Beş il ərzində – 1976 -1981-ci illərdə – Brejnev üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 1978-ci ildə ona ən yüksək hərbi orden hesab olunan “Qələbə” ordeni verildi. Elə həmin illərdə də Brejnev marşal rütbəsinə yüksəldi.

Tez bir zamanda Sovet liderinin sinəsi fəxri ordenlərlə doldu – üç dəfə Sovet İttifaqı Qəhrəmanı ordeni, Qızıl Ulduz ordeni, Alman Demokratik Respublikası Qəhrəmanı ordeni və sairə və ilaxır...

Baş katibin orden və medallara olan bu ehtirası bütün xalqın gülüş obyektinə çevrildi. Hətta deyirdilər ki, Brejnevə “Qəhrəman ana” ordeni də veriləcək. Çünki ölkədə Brejnevin layiq görülmədiyi bircə bu orden qalmışdı.

***

Brejnevin trilogiyası ilk dəfə 1978-ci ildə işıq üzü görüb. Sonradan isə dünya klassikləri ilə belə müqayisə oluna bilməyəcək dərəcədə yüksək tirajla çap olunmağa başlayıb. Kitabların hər biri 15 milyon tirajla dərc edilib. Bundan sonra trilogiyanı operativ olaraq dünyanın 65 dilinə tərcümə edib 120 fərqli kitabxanaya yollayıblar.

Brejnevin əsərlərinin televiziya və radioda təbliğatı üçün “Ştirlis” – SSRİ xalq artisti Vyaçeslav Tixonov cəlb edilmişdi. Sözügedən trilogiya məktəb proqramlarına daxil edilmişdi. Bütün bu kabus Brejnevin ölümünə qədər davam etdi. 1982-ci ilin noyabrında Brejnevin ölümündən sonra kitabın təbliğatı axsamağa başladı. 1987-ci ildə trilogiya kitab mağazaları və kitabxanalardan yığışdırıldı.

Bəs əslində trilogiyanın müəllifi kim idi? Brejnevin əsərlərini kim yazmışdı?

Bu sualın çoxversiyalı cavabları var. Mümkün ehtimallardan biri 1970-1978-ci illərdə İTAR-TASS-ın baş direktoru olan Leonid Zamyatindir. Zamyatinə Brejnev dəfələrlə uşaqlıq, gənclik xatirələrindən, iş səfərlərindən, iştirak etdiyi döyüşlərdən danışıb. Leonid Brejnev öz qəhrəmanlıqları, əsgərlik xatirələrindən hər kəsin oxuyacağı bir kitab yazmaq istəyirdi. Bu işdə ona bir yox, bir neçə nəfər kömək olub. Zamyatinlə birgə “Brejnevin yazıçıları” komandasında Vitali İqnatenko, Aleksandr Murzin və digərləri də var idi.

1991-ci ildə məşhur jurnalist Aleksandr Murzin “Xam torpaqlar” kitabının müəllifi olduğunu rəsmi elan etdi. Qeyd edək ki, sözügedən kitabda Brejnevin Qazaxıstan səfəri və xatirələri yer alıb. Murzinin sözlərinə görə, “Kiçik torpaq” kitabının müəllifi məşhur publisist Arkadi Saxnin, “Dirçəliş” kitabının müəllifi isə Anatoli Aqnanovskidir.

Maraqlısı budur ki, Saxnin Murzinin verdiyi bu açıqlamadan sonra onu məhkəməyə vermək qərarına gəlib. Onun sözlərinə görə, adının heç bir Brejnev trilogiyası ilə yanaşı çəkilməsini istəmir və Murzin bu açıqlamasına görə məhkəmə önündə cavab verməlidir.

Amma təbii ki, heç bir məhkəmə-filan olmur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR