“Veronika ölməyə qərar verir”
Bizi izləyin

Yazarlar

“Veronika ölməyə qərar verir”

“Veronika ölməyə qərar verir”

Məşhur Braziliya yazıçısı Paulo Coelhonun "Veronika ölməyə qərar verir" romanı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr edilib.

Əsər Veronika adlı bir qızın həyatından bəhs edir. Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dərman içərək intihar etmək istəyir. O, bu qərarını iki cür əsaslandırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlanmaqdan qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziyanı izləyən bir xanım olduğu üçün dünyada baş verənlərdən xəbərdardır. Yanlış hesab etdiyi məsələlərə müdaxilə etmək üçün gücsüzlüyünü dərk edən Veronika intihardan başqa çıxış yolu görmür. Amma onun intihar cəhdi uğursuzluqla nəticələnir və rahiblərdən biri onu xəstəxanaya çatdırır.

İçdiyi dərmanlardan sonra Veronikanın ürəyində problem yaranır və ona məlum olur ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada Eduarda aşiq olur...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm