Qanlı gəlincik - 13 dəqiqə
Bizi izləyin

Yazarlar

Qanlı gəlincik - 13 dəqiqə

QANLI gəlincik - 13 dəqiqə

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə fevralın 26-da saat 13-00-da Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Sahil Bağında ( «Sahil» metrosunun yaxınlığı ) «Qanlı gəlincik-13 dəqiqə» fləşmobu keçiriləcək.

Flaşmobun keçirildiyi zaman ərzində Gənclər Şurasının üzvləri 13 dəqiqə ərzində övladını itirmiş Xocalı qadınını təmsil edən, qolları üzərində qanlı gəlincik durmuş qadının yanında susaraq dayanacaqlar. Flaşmob iştirakçıları barmaqlarını çərtərək qanlarını gəlinciyin üzərinə sürtəcəklər. Bununla da Xocalı faciəsinin unudulmaz qan yaddaşı kimi bizim milli birliyimizin rəmzi olduğunu simvolizə edəcəklər. Həmçinin bu addım qısa müddətə də olsa hər kəsin özünü Xocalıda qanı axıdılanların yerində təsəvvür etməsinə şərait yaradacaq.

Bu haqda Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidməti məlumat verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm