Gənc yazarlar üçün müsabiqə
Bizi izləyin

Yazarlar

Gənc yazarlar üçün müsabiqə

Gənc yazarlar üçün müsabiqə

Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc qələm sahibləri" adlı layihənin icrasına başlanılıb.

Layihənin məqsədi yaradıcı və istedadlı gənclərə dəstək olmaq, onları düzgün istiqamətləndirmək, təbliğinə və tanıdılmasına nail olmaqdır. Belə ki, layihə çərçivəsində müxtəlif obyektiv və subyektiv səbəblərdən əsərlərini çap etdirə bilməyən gənc yazarların şeir, esse, hekayə və tərcümələrindən ibarət antologiya dərc olunacaq.

Öz əsərlərinin dərc olunmasını istəyən gənc yazarlar tərcümeyi-hal, fotoşəkil və ən yaxşı əsərlərindən bir neçəsini [email protected] elektron ünvanına göndərməlidir. Sonra bu əsərlər ədəbi janrlarına uyğun olaraq bölüşdürüləcək.

Münsiflərin seçdiyi əsərlərin müəlliflərinin adları mətbuat və sosial şəbəkələr vasitəsi ilə də elan olunacaq. Hər müəllifin bir və ya bir neçə əsəri çap olunacaq kitab üçün toplanacaq. Həmçinin seçilmiş əsərlərin bir qismi müxtəlif qəzet və jurnallarda, o cümlədən internet portallarında dərc olunacaq.

Antologiya hazır olduqdan sonra bütün gənc müəlliflərin, mətbuat və QHT nümayəndələrinin iştirakı ilə Bakı şəhərində geniş təqdimat mərasimi keçiriləcək. 1000 tirajla çap olunacaq olan topluda 50-yə yaxın gənc yazarın əsərinə yer verilməsi nəzərdə tutulub.

Layihə üçün müraciət edən hər bir müəllif (29 yaşınadək) aşağıda göstərilən tələblərə cavab verməklə öz mətnlərini ( şeir, hekayə, esse və tərcümə) 28 fevral saat 18:00-dək [email protected] ünvanına göndərməlidir. Hər bir müəllif iki iş göndərə bilər.

Bakupost.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm