Anar: “Qərarımı qurultay ərəfəsində verəcəm”
Bizi izləyin

Yazarlar

Anar: “Qərarımı qurultay ərəfəsində verəcəm”

Anar: “Qərarımı qurultay ərəfəsində verəcəm”

Azərbaycan Yazıçılar Birliyinin qurultayı martın axırları, aprelin əvvəllərinə planlaşdırılır. Birliyin sədri yazıçı Anar deyib ki, qurultaya intensiv hazırlıq gedir: “Qurultayda birliyin nizamnaməsinə uyğun olaraq nümayəndə heyəti iştirak edəcək. İndi elə həmin proses gedir. Konkret nə qədər nümayəndənin iştirak edəcəyini hesablayırıq. Qurultayın harada keçiriləcəyi hələ bəlli deyil. Bəlli olan odur ki, qurultay paytaxtda olacaq”.

Sədr bildirib ki, qurultayda Yazıçılar Birliyinin nizamnaməsinə bəzi dəyişikliklər ediləcək: “Layihəni hazırlayırıq, qurultaya çıxaracağıq. Qurultay təsdiq etsə, dəyişiklik olacaq. Məsələn, bizim yeni mətbuat orqanlarımız var, onları nizamnaməyə əlavə edəcəyik”.

“Yazıçılar Birliyinin sədri vəzifəsinə namizədliyinizi verəcəksinizmi” sualına yazıçının cavabı belə olub: “Dəfələrlə demişəm ki, qərarımı qurultay ərəfəsində verəcəyəm. Ona qədər heç nə deyə bilmərəm. Başqa namizədlərin olduğu haqqında da heç nə eşitməmişəm. Bəlkə də var namizədlər, mən bilmirəm”.

Anar 1934-cü ildə yaradılmış AYB-yə 1987-ci ildən rəhbərlik edir. /Media forum/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm