• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Mayılın körpüsü” üzərində Bağırov kim üçün ağlayırdı?

  • Yazarlar
  • 3 Mart 2014 18:46
  • 2 087 Baxış
“Mayılın körpüsü” üzərində Bağırov kim üçün ağlayırdı?

Əvvəlki yazıları da oxu:

Yazı 1 - Mircəfər Bağırov düşməni Məcid ağanın oğlunu necə qarşılayıb?

Yazı 2 - Mircəfər Bağırovun himayəsi altında böyüyən “Tİbbbandit” balaları

Yazı 3 - Keşiş Vahan arvadını niyə bir gecəlik Məmməd ağaya göndərdi?

Yazı 4 - Məcid ağa düşməni Bağırovu ölümdən necə xilas etdi?

Yazı 5 - Bağırovun ölümü, xatirə dolu İzmir və yad qadın nəfəsindəki vətən

Azərbaycan rəhbərinin kabinetində erməni hökmü

AzÇK-nın binasında hər şey bir anda alt-üst olur.

Gələn zəng hər kəsi qorxuya salır. MK-nin rəhbəri əsəbindən iş otağına sığmır.

SSRİ Ali Sovetinin iclasından dönən "rəhbər" bütün əsəbini Azərbaycandan çıxmaq istəyir.

Stalinin kinayədolu sözləri və qəti partiya tapşırığı onu özündən çıxarır.

Bakıya dönən MK I Katibi elə həmin gün Zaqatalada ələ keçirilmiş KULAK bəylərini boğazlarından daş asılmaqla dənizdə boğdurur.

Böyük Qafqaz şahinlərinin cansız bədənləri Narginin ucsuz-bucaqsız mavi ənginliklərində bu dəfə nəhayətsiz azadlığa qovuşa bilir.

I Katib hələ də, yatırılmayan mübarizənin səbəbkarı kimi, Az ÇK rəhbərini (FK) günahlandırır.

Məhz buna görə FK-ya edilən zəng sədr üçün sabahısı böyük imtahan günü olacağından xəbər verir.

I Katib odlu-alovlu şəkildə bildirir ki, dövlətə qarşı çıxan bütün şəxslər məhv edilməlidir, Hətta onların ailələrinə-uşaqlara və qadınlara da rəhm edilməməsini əmr edir. Bundan başqa KULAK-lara kömək edən bütün şəxslərin Sibirə sürgün edilməsi üçün əmr verir.

I Katibin məhv edilməsi üçün təqdim etdiyi siyahının ilk cümləsində Məcid ağa Şəkibəyovun adı yazılmışdı.

ÇK sədrini ən çox həyəcanlandıran isə məhz bu ad idi. Onun hələ ADR zamanından tanıdığı Məcid ağa.

Azərbaycanlıların qanına susayan və bu əmri verən şəxs Azərbaycan MK I Katibi, erməni millətçisi Levon İsayeviç Mirzoyan, əmri icra etməli olan şəxs isə AzÇK-nın sədri Mircəfər Bağırov idi...

Sovet düşməni "Zəyəmçay"

Bağırov Şamxordan üzü Tovuza tərəf yol alır.

Mirzoyanın məhvini şəxsən tələb etdiyi Məcid ağaya əl yetirmək üçün özü onun ayağına getməli idi.

Gecəni dayanmadan yağan yağış Xınna dərəsinə başqa bir aləm gətirir.

Təbiətin nadinc incisi Zəyəmçay bütün Xınnanı bürüyür. Kükrəyən çayın qəzəbli vaxtına tuş olan Bağırov Yanıqlı kəndinin bu qalasını keçəcək gücdə olmur.

Zəyəmçayın sol sahlindən keçən karvan yolunda dördnala çapan ceyran atın gəlişi Bağırovun gözündən yayınmır.

Atların köməyi ilə çayı keçə bilməyən Bağırova isə çayın digər tərəfindən onlara doğru çapan atlını seyr etmək qalır.

Ceyran at əjdaha ağzını açıb hər kəsi süpürüb-udan Zəyəmçaya təpilir.

Azğın çay seli ata güc gəlir, hətta otaylı-bu taylı axan sel bu atı 30 -40 metrə sürüyə də bilir.

Amma az sonra sol sahildən selə soxulan ceyran at sağ sahilə səkərək çıxa bilir.

Bu möcüzədən vəcdə gələn Bağırov atlının yanına addımlayır.

Möhtəşəm görünüşə malik olan, qırmızıyanaq kişi atdan düşüb Bağırovu qabaqlayır və sərt əlləri ilə Bağırovun əllərini sıxır.

Bu şəxs, ceyran atın sahibi Yanıqlı kəndinin Sovet sədri Mayıl Cəfərov idi.

Bağırov tanışlıq verməsə də onun kim olduğu haqqında mühüm dosyalara sahib idi. Onu sual-cavab etməyə qərar verir.

Mayıl kişinin qorxmazlığı və cəsarətindən sonra özünü təqdim edir...

Mayıl Cəfərovu Bağırovla birlşədirən ideologiya ilə yanaşı daha bir məsələ vardı. O da Məcid ağa idi.

Dost vəfası üçün göz yaşları

Mayıl, Bağırovun Şah Talasına Məcid ağanın ayağına getməməsi üçün çox düşüncələri vardı.

Mircəfərin Məcid ağa ilə nöbəti dəfə görüşmək istəyini anlayan Mayıl kişi bu dağların vüqarına sonsuz şəkildə hörmət bəsləyirdi.

Mayıl ceyran atı ilə Göyçənin kəndlərində erməni döyüşçülərinə qarşı vuruşmaları unutmamışdı.

Çayın bu biri sahildə Xınna dərəsindəki məşhur döyüş onun ən yaddaş tarixinin əsas qiymətli cəvahiri idi.

Mustafa ağa, Məcid ağa və Muka Namazla birgə, Mayıl da bütov bir erməni qoşununu iki dərəarasında son nəfərinə qədər məhv etmişdilər.

İndi bu gün onun düşdüyü vəziyyət çox tərs idi.

Bağırov ondan tələb edirdi. Məcid ağanı tutmaq lazımdır.

Onun Məcid ağa ilə dostluğu Bağırov üçün göydəndüşmə fürsət idi...

Sel səngimirdi, Bağırov isə geri dönmək fikrindən daşınmışdı.

Mayıl kişinin adından Məcid ağaya dəvət göndərilmiş, Zəyəmçay isə susmadan üsyan edir, o taydan bu taya keçmək üçün yaranacaq bütün fürsətlərin üstündən xətt çəkirdi.

Məcid ağadan xəbər yox, Bağırov tikan üstündə, Mirzoyan isə nəticə haqqında raport gözləməkdə idi.

Mayıl kişi isə son olaraq gizlincə Məcid ağanı xəbərdar etməyə imkan tapa bilmişdi.

Bu onun ağaya dostluq sədaqətinin sübutuna dönmüşdü. Zəyəmçayın daşan seli isə onun Məcid ağanı xilas etdiyi üçün sevincindən yaşaran göz yaşları idi.

...Bağırov çox gözləyəsi olmadı. Mərkəzdən gələn xəbər onun planlarını Zəyəmçayın sahilindəcə hələlik dəfn etmişdi. Mirzoyan I Katiblikdən qovulmuş, Bağırov isə Tiflisə ezam edilirdi.

Döyüş zonasından birbaşa Zaqafqaziya su təsərrüfatı idarəsinin sədri vəzifəsinə təyin edilmişdi.

...İllər əvvəl, Xınna dərəsinin sağını-soluna birləşdirən iki körpü vardı.

Karvan yolunun üstündə yerləşən xan körpünün bütün tağları zəmanənin vəfasılığına dözməyib para-para olub Zəyəmçaya qərq olmuşdu.

Sınıq körpü isə Turan yolunun (indiki İpək Yolu) üstündən körpü salaraq bütün türk ellərini bir-birinə birləşdirirmiş.

Sovetlərin qurulması ilə parçalanan türk ellərinin gediş-gəlişinin kəsilməsi Sınıq körpünün qəlbini də sındırıb, yox edir...

40-cı illərin bir günündə "Villis"markalı bir maşın 20 il əvvəl Mayıl kişinin atının sudan çıxdığı yerdə Zəyəmçayın sağ sahilində dayanır.

Arxa qapıdan qara eynəkli, general rütbəli bir şəxs düşür.

Asta-asta üzü bu sahilə doğru addımlayır.

Elə əvvəlki kimi Sol sahildə Ceyran at üzü bu yana çapır. Taybatay körpüyə çıxan atlı generala çatmamış atdan düşür.

Yaxınlaşır. Genralın "sus" işarəsini görüb duruxur.

Körpünün tən ortasında dayanan general sürahiyə söykənir, qara eynəyini çıxarıb üzü Keşişdağa doğru düşüncəyə dalır. Hər kəs, hətta təbiət onun bu sükutuna alışıb, susur.

İlk dəfə, 1926-cı ildə burda dağ qartalını seyr edən general bu dəfə də günün Qafaz dağlarının arxasında qürub etməsinə baxırdı.

Son dəfə o bu qartalı və bu günün qürubunu 20 il əvvəl seyr etmişdi.

Onu buralara gətirən də, məhz burda qazandığı qələbə hissini təkrar yaşamaq istəyi idi.

Onun yaşaran gözlərini müstəsna olaraq görəcək adamlardan idi, Mayıl kişi.

Onu Bakıdan bura gətirən, məhz o ləzzət şövqü idi...

Mayıl kişi el körpülərinin məhvindən sonra Zəyəmçay üzərində özü adını verdiyi "Mayılın körpüsü" nü saldırır.

Ali Sovetin deputatlığına qədər ucalan Mayıl kişinin itkiləri isə daha çox idi. Məcid ağa igidliklə şəhid olmuş, dostlarının çoxu repressiya edilmişdi.

İyirmi il sonra Mayıl kişinin öz körpüsü üstündə qarşıladığı general da məhz iyirmi il əvvəl onun burda görüşdüyü qarayenəkli ÇK zabiti idi.

O zaman FK sədri olan Bağırov artıq genral idi. Az KP MK-nin I Katibi mübarizə illərinin və acılı-şirinli xatirlərinin arxasınca gəlmişdi.

(Ardı var)

1937.az

Əziz Əlibəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR