Sarılı-qırmızılı xatirələrim
Bizi izləyin

Yazarlar

Sarılı-qırmızılı xatirələrim

“Qalatasaray” deyəndə ağlımıza Metin Oktay, Fatih Terim, Tanju Çolak, Hakan Şükür, Hasan Şaş, Jardel və.s. gəlir. “Cimbom”a uşaqlıqdan azarkeşlik etmişəm. Türklər dümiş damarımı kəssəz qanım sarı-qırmızıdr. Bizim ailə də əvvəllər “Qalatasaray”ın bütün matçlarına baxardı.

Yadımdadır, komanda uduzanda gecə hamımız çarpayımızda narahat yatırdıq. Xüsusən qardaşımla mən ufuldaya-ufuldaya qalırdıq. Bəzən isə hirsimdən ağlayırdım. Məğlubiyyəti uşaq çılğınlığı ilə qəbul edə bilmirdim. “Qalatasaray” Uefa kubokunu qazananda evimizdə görünməyən xoşbəxtlik tablosu vardı. O günü yəqin ömrümün axırına kimi unutmayacam. Matçın şərhçisi TRT televizyasının jurnalisti Levent Özçelikin “Tanrı bizim almamızı istiyor” fəlsəfi sözləri elə bil Tanrının pıçıltısı idi. Səs tembri inanlmaz dərəcədə insanı duyğulandırırdı. Daha sonra Uefa Super kubokunda kral klubu “Real Madridi” dizə gətirən də məhz “Qalatasaray” olmuşdur.

Sarı-qırmızlıların futbol dünyasında özünəməxsusu bir yeri var. Çılğın azarkeşləri, sloqanları, mahnıları, pankartlarıyla həmişə diqqət mərkəzində olub.

Uşaq yaşlarımda futbola baxmaq üçün necə də böyük həyəcan keçirdirdim. Buna görə də çox vaxt anam oyunları izləməyi mənə qadağan edirdi. Çox vaxt gecələr yata bilmir, matçalarının nəticəsi haqqında fikirləşirdim.

Bir dəfə “Çempionlar Liqası” turnirindən “Qalatasaray” və “Real Madrid” oyununa baxırdıq. İlk hissədə “kral klubu” “cim-boma” iki qol vurdu. Anam televizoru söndürmək istəyirdi.

- Söndürün, yataq. Onsuz da uduzduq!

Ancaq atamın israrı ilə ikinci hissəyə baxa bildik və türk klubu sözün həqiqi mənasında möhtəşəm çevriliş etdi: 3-2. Tarixi bir qələbə idi. Evdə hər kəsin üzü gülürdü.

Atam bəzən dərslərdən yayınmamağım üçün futbol sözünü 2-3 günlük qadağan edirdi. Əsəbləşirdim. Üzülürdüm. İndi atama haqq verirəm. Atama dedim ki, “Qalatasaray” klubuna məktub yazaq. Klubun o vaxtkı prezidenti Özhan Canaydın idi. Atam dedi, mən də yazdım. Çox həvəsli və həyacanlı halda poçta getdik. Günlər, həftələr, aylar keçdi ancaq cavab gəlmədi ki, gəlmədi. Buna baxmayaraq “Qalatasaray”a sevgim, sayqım heç vaxt azalmadı.

Bir dəfə soyuq günlərin birində yenə “Qalatasaray”ın oyununa ailəlikcə baxırdıq. Hesab hələ açılmamışdı, amma oyun olduqca həyəcanlı və maraqlı keçirdi. Sonra evimizdə işqlar zəifləməyə, lampa əsməyə başladı. Atam “zəlzələdir, qaçın” deyə qışqırdı. Televizoru söndürmək o an heç birimizin ağlına gəlmədi. Ev paltarlarımızla özümüzü küçəyə atdıq. Hava olduqca soyuq və küləkli idi. Kişilər damaqlarında siqaret tüsdülədərək “Qalatasaray”ın oyunundan danışırdı, insanların arasında panika sanki yoxa çıxmışdı. Bu oyuna baxmaq eşqi zəlzələ qorxusunu silib aparmışdı.

Ötən günlərdə Qalatasaray dördüncü ulduzunu da qazandı. Türkiyə çempionatında 20-ci dəfə çempionluğunu qutladı. Azarkeşlərin səsi ilə: “Şərefdir səni sevmək, səninlə ağlayıb, səninlə gülmek. “Galatasaray” sevgisi sürəcək sonsuzadək...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm