Namiq Hacıheydərli işindən niyə ayrıldı?
Bizi izləyin

Yazarlar

Namiq Hacıheydərli işindən niyə ayrıldı?

Namiq Hacıheydərli işindən niyə uzaqlaşdırıldı?

Müsahibimiz şair-publisist, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin rəhbəri Namiq Hacıheydərlidir.

-Uzun illər çalışdığın ARDNŞ-dəki işindən niyə ayrıldın?

- 2005-ci ilin oktyabr ayından etibarən Azərbaycan Dövlət Neft Şirkətinin struktur bölmələrində çalışmağa başladım. Abşeron Qİİ-də “İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi”nin rəisi, Qobustan KQİİ-də “Personalın idarə olunması şöbəsi”nin rəisi və digər vəzifələrdə çalışdım. 2010-cu ilin mart ayından sonra “Kompleks qazma işləri” trestinin Qazmaservis və Logistika İdarəsində kadrlar şöbəsinin rəisi vəzifəsində işlədim. İşlədiyim Qazmaservis və Logistika İdarəsi də daxil olmaqla “KQİ” trestinin tərkibində olan 7 idarə ARDNŞ rəhbərliyinin 28 dekabr 2013-cü il tarixli və çalışdığım “Kompleks qazma işləri” trestinin 28 dekabr 2013-cü il tarixli “117” nömrəli əmri ilə bu il yanvarın 1-dən etibarən ləğv edildiyi üçün və eyni zamanda çalışdığım vəzifəyə uyğun iş yeri təklif olunmaması səbəbindən15 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən “Rəsmi xəbərdarlıq” edilməklə ştat ixtisarı ilə əlaqədar işdən azad oldum.

-Çalışdığın trestin rəhbərliyi yəqin ki sənin ədəbi-ictimai müstəvidə çalışmalarından, Azərbaycan Yazıçılar Birliyi kimi nüfuzlu təşkilatın Muğan Bölməsinə rəhbərlik etməyindən, 10-a yaxın kitab müəllifi olmağından və s. xəbərdardır. Bir yazarı işlədiyi ARDNŞ-nin qazma sistemində uyğun işlə təmin etmək çoxmu çətin idi?

- Əlbəttə, mümkün idi. Ancaq nəticə və təcrübə göstərdi ki, çalışdığım sistemdə bir insanın bu sistemdə uğurla yürütdüyü vəzifəylə bərabər həm də millət adına gördüyü işlərdən, ədəbi-ictimai müstəvidə fəaliyyətindən daha çox, məhəlliçilik, qohumbazlıq, dostbazlıq və eyni zamanda sənin kim olman yox, sənin kim tərəfindən tapşırılman daha önəmlidi. Deyək ki, neft sənayesində 30 il can qoymuş mütəxəssisi bir kənara atıb istehsalat prosesindən anlamayan birinə himayədarlıq etmək və onun maaşı əskilməsin deyə vəzifəsini qoruyub saxlamaq hansı məntiqə uyğundu?! Yaxud ölkəni dəfələrlə beynəlxalq miqyaslı tədbirlərdə layiqincə təmsil edən, aktiv ədəbi-ictimai fəaliyyətlə məşğul olan, çalışdığı vəzifənin öhdəsindən layiqincə gələn ali təhsilli, respublika ictimaiyyəti tərəfindən kifayət qədər yaxşı tanınan bir qələm adamına xeyli aşağı maaşlı iş təklif edib, orta təhsilli birini fəhləlikdən mühəndis vəzifəsinə keçirmək hansı ədalət prinsiplərinə uyğundur?!

-ARDNŞ-də, çalışdığın qazma sistemində işlədiyin müddətdə yazar və ziyalı olaraq rəhbərliyin xüsusi qayğısını və diqqətini hiss edirdinmi?

- Çalışdığım müddətdə ədəbi-ictimai fəaliyyətimlə iş həyatımı qarışdırmamağa çalımışam. Dəvət aldığım tədbirlərə işdən sonra və şənbə-bazar günləri getməyə üstünlük vermişəm. Yəni siyasi dillə desək ədəbi fəaliyyətimdən və imzamdan iş həyatımda divident kimi istifadə etməmişəm. Ancaq, təbii ki, texnologiyaların yüksək inkişaf etdiyi bir zamanda yaşayırıq, bu səbəbdən işlədiyim sistemdə sıravi işçilərdən tutmuş rəhbərliyə qədər bir çox insan yaradıcılığımdan xəbərdar idi və bu səbəbdən sıravı işçilərin və mütəxəssis heyətinin doğma baxışlarını, isti münasibətini daim öz üzərimdə hiss etmişəm. Lakin siz məhz rəhbərliyin münasibətini soruşduğunuz üçün tək bir faktı deməyi yetərli hesab edirəm. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsində “İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar” sadalanır. Bu maddənin “d” bəndində qeyd olunur ki, “müvafiq hakimiyyət orqanlarının, ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə , iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün” işçiyə əmək haqqı saxlanılmaqla icazə verilir və bu əmrləşdirilir. 2010-cu il mayın 29-30-da Ankarada Azərbaycanlıların və digər Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzinin və TÜRKSAM-ın birgə təşkil etdiyi Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən beynəlxalq miqyaslı tədbirdə iştirak etdim. Tədbirdən sonra ATXƏM Başqanı hörmətli İlham İsmayılov çalışdığım “KQİ” trestinin rəhbərliyinə 258 nömrəli rəsmi məktub ünvanladı. O məktubdan kiçik bir parçanı sizin nəzərinizə çatdırım: “...Konfransda Namiq Hacıheydərlinin iştirakı Azərbaycan nümayəndə heyətinin tərkibinin daha da zənginləşməsində müstəsna rol oynamış, bu beynəlxalq konfranslardakı çıxışları, mövqeyi dövlətçilik maraqlarımızın qorunmasında böyük əhəmiyyət daşımışdır...” Bu iştirakım tədbirlərə qatılmam üçün rəhbərliyə ünvanlanmış məktub əsasında yuxarıda dediyim maddə ilə əmrləşdirilərək gerçəkləşmişdi. Təəssüf doğuran hal budur ki, ölkəmiz üçün çox faydalı işlər görmüş və görməkdə olan nüfuzlu bir qurumun bu məktubuna nəinki cavab verildi, əksinə bundan sonra konfranslara qatılmaq üçün işlədiyim trestin rəhbərliyinə ünvanlanan məktuba sadəcə, şifahi şəkildə mənfi cavab verilməklə əslində bir daha bu miqyaslı tədbirlərə qatılmam məhdudlaşdırıldı. Bu münasibət əslində ədəbiyyatımızın, yurdumuzun, millətimizin və dövlətimizin taleyi ilə bağlı məsələlərə münasibətin göstəricisidi. Ancaq, qeyd etməyi gərəkli bilirəm ki işlədiyim İdarələrdə rəhbər vəzifələrdə çalışan xeyli sayda yaxşı insanlar da çıxdı qarşıma. Onların sayğısını və qayğısını heç zaman unuda bilmərəm. Məsələn, Qobustan KQİİ-də çalışdığım zaman bu idarənin rəisi vəzifəsində çalışan İsayev Əli müəllimdə gördüyüm yüksək mənəvi keyfiyyətləri nə acılar ki, eyni statusa malik olan başqalarında arasam da görə bilmədim. Eyni zamanda bu sistemdə ədəbiyyata, sözə, mənəviyyata sayğısı olan xeyli sayda dostlar qazandım.

publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm