Avropa Liqasının yarımfinal cütlükləri müəyyənləşdi

21 Aprel 2017 15:32 (UTC+04:00)

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsində Hollandiyanın "Ayaks" komandası Fransanın "Lion" klubu ilə qarşılaşacaq.

İspaniya təmsilçisi "Selta" isə İngiltərənin "Mançester Yunayted" komandasın rəqib olub.

Qeyd edək ki, ilk oyunlar 4 mayda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə 11 mayda olacaq. Həmçinin mayın 24-də İsveçin paytaxtı Stokholmda keçiriləcək final matçının nominal ev sahibi də bəlli olub. Püşk əsasən “Ayaks” – “Lion” cütünün qalibinin adı həlledici qarşılaşmada birinci göstəriləcək. (report)