Məhəmməd Peyğəmbərin türklərə yazdığı məktub tapıldı - FOTO
Bizi izləyin

Dünya

Məhəmməd Peyğəmbərin türklərə yazdığı məktub tapıldı - FOTO

“Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəli olan 11 qədim əlyazma, Məhəmməd Füzulinin qəzəli olan 11 əlyazma, Nəsirəddin Tusinin əlyazmazı olan 4 əsər Vatikanın gizli arxivində saxlanılır”.

Publika.az. xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bildirib. Onun sözlərinə görə Nizami Gəncəvinin şeirləri olan 8, habelə Şah İsmayıl Xətainin şeirləri olan 2 qədim əlyazma da Vatikanın gizli arxivindədir. O qeyd edib ki italyanlar Roma papasının tabutunun qoyulduğu xalçanın Təbriz və ya Qarabağ xalçası olduğunu etiraf edirlər.

“Onu qeyd edim ki, Azərbaycanın Quba, Şirvan, Şamaxı, Şəki, Qarabağ xalçaları Avropa tacir və səyyahlarının diqqətini cəlb edib. Oradakı xalça Vatikanda xüsusi mühafizə altında qorunur və ona yaxınlaşmaq mümkün deyil. Vatikanda Papanın yalnız özünə aid olan bir qədim sandıq var. Orada Məhəmməd Peyğmbərin və Həzrət Əlinin türk dilində yazdıqları məktublar saxlanır. Bu məktublar türklərə ünvanlanıb və islamı qəbul etməyə dəvət edilir. Məktubdan bir nümunə məndə var. Amma orjinallar oradadır. İslam Ərəbistanda elan ediləndə Xristian dövlətlərdən birinin gizli agentləri Məhəmməd Peyğəmbəri görməyə gəlir və onun gizli rəsmini çəkir. Sonra padşahına aparır ki, bu şəxs Peyğəmbərdir. Həmin rəsm Papanın gizli arxivində saxlanılır” - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru əlavə edib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm