Nida.az
İŞİD 700 kamikadzeni hərəkətə keçirdi: hədəfdə azərbaycanlılar da var
Suriyanın Kobani, Heseke və Hələb, İraqınsa Kərkük və Tikrit bölgələrində ağır məğlubiyyətlərlə üzləşən İŞİD öz üzvlərini ruhlandırmaq üçün bir çox ölkələrdə terror aktı törətməyə hazırlaşır.
Publika.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak”
qəzeti terror təşkilatının 700-ə qədər canlı bomba hazırladığını
yazıb.
Hədəfdə Azərbaycan əsilli türkmanların vətəni olan Kərkük və Tikrit
şəhərləri, həmçinin, İŞİD-in məğlub olduğu yerlər var.
Həmçinin, İŞİD kamikadzelərinin bir qismi ABŞ, Kanada, Avropa
Birliyi ölkələri, eləcə də Rusiya və Türkiyə kimi ölkələrə
göndərilib. Digər qismi də göndərməyə hazırlanır. Artıq may və iyul
aylarında 120 kamikadze hərəkətə keçib. İlin sonuna qədər digər
kamikadzelərin də göndəriləcəyi deyilir.
İddialara görə, kamikadzelər getdikləri ölkələrə yerləşərək məqamı
gözləyəcəklər. İŞİD-ə qarşı hücumlar olacağı təqdirdə canlı
bombalar işə düşəcək. Bütün bu işləri isə Mosulda 3-ü çeçen olan 9
nəfərlik qrupun idarə edəcəyi haqda məlumatlar var.
Bu arada Kərkükün polis rəisi Serhat Kadir “Anadolu” agentliyinə
açıqlamasında bildirib ki, İŞİD üzvü olmaqda şübhəli bilinən
şəxslərə qarşı əməliyyat keçirilib və 21 nəfər həbs olunub.
Asif Nərimanlı
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO