Üç il sonra pozulan atəşkəs: Türkiyə rəsmən müharibəyə qoşulub
Bizi izləyin

Nida.az

Üç il sonra pozulan atəşkəs: Türkiyə rəsmən müharibəyə qoşulub

İŞİD-ə qarşı havadan və qurudan hücuma keçən Türkiyə ordusu 3 il sonra PKK-ya qarşı da açıq əməliyyatlara başlayıb.


Publika.az xəbər verir ki, sonuncu dəfə Türkiyə təyyarələri 2012-ci ildə Diyarbəkirdən havaya qalxaraq İraqın şimalındakı Zap, Gare və Metina adlı PKK bazalarını bombalamışdı.


Bu gün axşam saatlarında çoxsaylı türk təyyarələrinin Diyarbəkirdən havaya qalxdığı xəbərləri yayılıb. İki hissəyə ayrılan təyyarələrin bir qismi İŞİD, digər qismi isə PKK hədəflərini bombalayıb.


PKK-ya yaxın xəbər saytları ötən gecə türk təyyarələrinin onlara aid hədəfləri bombaladığını təsdiqləyib.


“24 iyul saat 23:00-dan etibarən başlanan bombardman 25 iyul gecə saatlarına qədər davam etdi. Bundan sonra atəşkəsin heç bir mənası qalmadı”, - deyə PKK mənbələri açıqlayıb.


Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlu hərbi əməliyyatlarla bağlı danışarkən bildirib ki, İŞİD və PKK Türkiyəyə qarşı eyni səfdə yer alır və edilən hücumlarda paralel olaraq fəaliyyət göstərirlər. Baş nazir İŞİD-lə yanaşı PKK-nın da hədəf alındığını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm