Nida.az
PKK-nın 50 lideri öldürüldü: “Bordo berelilər” İraqda – ŞOK “Xəncər” əməliyyatı
Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı əməliyyatları davam edir.
Publika.az xəbər verir ki, bu gün axşam
saatlarında Diyarbəkir hərbi bazasından çox sayda qırıcı təyyarələr
havaya qalxıb.
Şimali İraqa doğru hərəkət edən təyyarələr Hakkarinin Şemdinli
bölgəsinin qarşı tərəfindən olan Şimali İraqın Hakurk bölgəsindəki
istehkamları bombalayıb.
PKK-nın ən strateji mövqeyi hesab olunan Hakurk bazası türk
təyyarələri tərəfindən darmadağın edilib. İlkin məlumata görə,
PKK-nın idarəçiliyində əsas yerləri tutan 50 terrorçu məhv edilib.
Həmçinin yüzlərlə PKK-lı da öldürülüb.
Bu arada, qurudan da hücumların həyata keçirilməsi məsələsinin
müzakirə olunduğu deyilir. Havadan hücumların ardından 22 bölgədə
PKK-nın Türkiyədəki qollarına qarşı əməliyyatlar keçirilib və demək
olar ki, bütün şəbəkə zərərsizləşdirilib.
Şimali İraqda PKK hədəflərinin bombalanmasından sonra xüsusi
təyinatlı “Bordo berelilər"in sərhədi keçərək 30 kilometrə qədər
irəlilədiyi və əvvəlcədən müəyyənləşdirilən hədəfləri məhv etdiyi
haqda məlumatlar yayılıb. “Xəncər” adlanan əməliyyat zamanı xüsusi
təyinatlılar bombalanma zamanı az zərər görmüş hədəfləri tamamilə
məhv edib.
Asif Nərimanlı
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik