Əbdül Xalid “Günlərin bir günü” - AUDİO
Bizi izləyin

Magazin1

Əbdül Xalid “Günlərin bir günü” - AUDİO

Müğənni Əbdül Xalid isti yay aylarının olmasına baxmayaraq, dinləyicilərini sevindirib. Əksər həmkarları yay aylarında yeni mahnı təqdim etməsə də, müğənni “Günlərin bir günü” adlı yeni mahnısını bu gün təqdim edib.

Müğənni mahnıya təqdimat keçirməyib. Əbdül Xalid yeni mahnısını “YouTube” videoizləmə portalına yerləşdirib.

Mahnının musiqisi Elvin Muxtarova, sözləri isə məşhur teleaparıcı Zaur Nəbioğluna aiddir.

Publika.az-a açıqlama verən ifaçı yaxın günlərdə adıçəkilən mahnıya yaxın günlərdə klip çəkəcəyini bildirib.

“Mahnı yay abu havalıdır. Yaxın günlərdə “Günlərin bir günü” adlı mahnıma ekran həyatı da verəcəyik. Hazırda danışıqlar gedir. Klipdə tərəf müqabilim isə tanınmış simalardan biri olacaq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm