Saakaşvili və Timati arasında qalmaqal – FOTOLAR
Bizi izləyin

Magazin2

Saakaşvili və Timati arasında qalmaqal – FOTOLAR

Gürcüstanın keçmiş prezidenti, Odessanın hazırkı qubernatoru Mixail Saakaşvili Rusiyanın qaradərili dünya şöhrətli reperi Timatinin Ukraynada konsertinə mane olub. Publika.az xəbər verir ki, Timatinin konsertə hazırlaşdığını öyrənən Odessa qubernatoru konsert və təşkilatçıların əleyhinə sərt çıxış edib. Qubernator fikirlərini rəsmi “Facebook” səhifəsində bölüşüb:

“Ukraynanın azadlığa və müstəqilliyə aparan yolunu narkomaniya ilə müqayisə edənlərin Ukrayna səhnəsində yeri yoxdur. Hesab edirəm ki, “İbitsa” klubu Avropanın ən yaxşı, Odessanın isə ən görməli yerlərindən biridir. Mən anlaya bilmirəm, sizi “kiçik qardaş” adlandıran və Rusiyanın bütün aqressiyasını nümayiş etdirən, narkotik maddə qəbul edəni - Timatini necə dəvət edə bilərsiniz? Mən hələ onun Donbasda ukraynalıların qanının tökülməsində birbaşa əli olan Kadırovun ən yaxın dostu olmasından danışmıram. Rus turistlərini Odessada görməkdən məmnun olaram. Burada Makareviçi, DDT, Zemfiranı görmək istəyərəm. Böyük məmnuniyyətlə BG-nin konsertini izləməyə də gedərəm. Onlar açıq-aşkar Ukraynanı dəstəkləyib”.

Saakaşvilinin açıq ittihamlarından sonra qalmaqallı reper də sakit durmayıb. O, qubernator Saakaşvilinin qalstuk yeməsini xatırladıb:

“Əsl kişi iş görər, qalstuk çeynəməz”.

Xatırladaq ki, 2008-ci il 16 avqust tarixində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili BBC telekanalına müsahibə verərkən qəfildən onun mobil telefonuna zəng gəlir. O, kameraları söndürməyi tələb etmədiyindən operator prezidentin telefon danışığını kameraya çəkir. Bu zaman həyəcanlanan prezident qalstukunu çeynəməyə başlayır. Həmin hadisəni isə BBC telekanalı nümayiş etdirir. Prezidentin bu hərəkəti isə lətifəyə çevrilir. O, əməlini belə şərh edib.

“Öz ölkəsi üçün həyəcanlanan qalstuk da yeyə bilər. Əsas odur ki, düşmən layiqli cavab alsın və bizim kürəyimizi görməsin”.

Saakaşvili və Timati arasında yaşanan qalmaqala konsertin keçiriləcəyi məkanın rəhbərliyi son qoyub. Konsert təşkiçatçıları belə həssas məqamı nəzərə almadığına görə hər kəsdən üzr istəyib. Saakaşviliyə təşəkkür edərək, dünya şöhrətli reperin konsertini təşkil etməkdən imtina ediblər.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm