NATO-da kritik Türkiyə günü – Stoltenberq hansı qərarı verəcək?
Bizi izləyin

Dünya

NATO-da kritik Türkiyə günü – Stoltenberq hansı qərarı verəcək?

Bu gün NATO Türkiyənin tələbi ilə növbədənkənar toplantı keçirəcək. Rəsmi Ankara Şimal Alyansının Nizamnaməsinin 4-cü maddəsinə istinad edərək belə bir toplantının keçirilməsini tələb edib. Bu maddəyə görə, üzv ölkələrdən birinin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinə təhdidlər olarsa, ittifaq ölkələrinin toplanmasını istəyə bilər.

Publika.az xəbər verir ki, Türkiyənin NATO-da daimi təmsilçisi Mehmet Fatih Ceylan toplantıda ölkəsinin uzun müddətdir İŞİD-ə qarşı mübarizə apardığını, 20 iyul Suruç terror aktının Türkiyə üçün dönüş nöqtəsi olduğu haqda danışacaq.

O, terrora qarşı mübarizə aparan və sərhədlərində daimi təhlükə ilə üzləşən Türkiyəyə NATO-nun dəstək verməsini tələb edəcək.

28 üzv ölkəsinin qatılacağı toplantıya NATO baş katibi Jens Stoltenberq rəhbərlik edəcək. Türkiyəyə dəstək mesajının veriləcəyi, İŞİD-in tənqid ediləcəyi gözlənilir.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm