PKK rəhbəri İrana qaçdı: “Atəşkəs bitdi, hərəkətə keçin” – ŞOK DANIŞIQ
Bizi izləyin

Dünya

PKK rəhbəri İrana qaçdı: “Atəşkəs bitdi, hərəkətə keçin” – ŞOK DANIŞIQ

Türkiyə Silahlı Qüvvələrinin hava hücumları ilə PKK-nın mövqelərini bombalamasından sonra terror təşkilatının qurucularından olan Cemil Bayakın İrana qaçdığı xəbərləri yayılıb.

Publika.az xəbər verir ki, C. Bayak əməliyyatlar başlayan kimi sərhədi keçib. Əvvəllər də İrana tez-tez səfər edən Bayak 2007-ci ildə Türkiyənin tələbi ilə İran polisi tərəfindən həbs olunmuş, lakin daha sonra sərbəst buraxılmışdı.

Bu arada türk təyyarələrinin PKK-nı vurmasından sonra terror təşkilatının itkiləri məlum olub. Bu, Kandildə “Roj” kod adı ilə tanınan PKK qərargahının Türkiyə sərhədləri daxilində və sərhədə yaxın bölgələrdə olan təşkilat üzvləri ilə “rabitə qurğusu” vasitəsilə əlaqə yaradarkən aydın eşidilib.

Hərbi təlim bazalarında kifayət qədər itkilərimiz var. Andok, Sinat, Cilo, Hoqir, Rezzan, Dicle, Zeynel, Havin və Reber kod adlı qruplarla əlaqələr kəsilib. Atəşkəs bitdi, aktivləşə bilərsiniz”, - deyə “rabitə qurğusu” ilə danışan PKK-çılar bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm