Əməkdar artist mollalıq edəcək
Bizi izləyin

Magazin1

Əməkdar artist mollalıq edəcək

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev iki filmə dəvət alıb.

Bu barədə Publika.az-a açıqlama verən aktyor yeni rolundan məmnun qaldığını deyib:

“Gələn ay bir seriala və yeni bir filmə başlayacağıq. Serialda mənə maraqlı bir rol həvalə ediblər, fırıldaqçı molla obrazını yaradacağam. Sözün düzü, fərqli rollarda çıxış etməyi xoşlayıram. Bundan əvvəl şorgöz obrazını canlandırdım, indi də molla. Həyatda mollalardan zəhləm gedib, buna görə də bu nifrətimi, yəqin ki, yeni rolumda ifadə edəcəyəm. Əlbəttə ki, söhbət fırıldaqçı mollalardan gedir”.

Aktyor eyni zamanda, teatrda da işini davam etdirəcəyini bildirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm