Türkiyə kəşfiyyatı azərbaycanlıların ordusunu qurur – MƏXFİ GÖRÜŞ
Bizi izləyin

Dünya

Türkiyə kəşfiyyatı azərbaycanlıların ordusunu qurur – MƏXFİ GÖRÜŞ

İŞİD-ə qarşı başlayan əməliyyatların ardınca Ankarada sürpriz toplantı keçirilib.

Publika.az xəbər verir ki, İŞİD və Əsədə qarşı döyüşən 20 türkman taqımının təmsilçiləri MİT nümayəndələri ilə görüşüb.

Razılaşmaya görə, MİT-in dəstəyi ilə Böyük Türkman ordusu yaradılacaq və türkman dağında bütün dünyaya açıq şəkildə elan olunacaq. Türkman ordusunun Suriyada və digər ölkələrdə yaşayan türkmanlara “vətəninizi müdafiə edin” çağırışı edəcək. Türkiyənin dəstəyi ilə hərəkət edəcək ordu bölgədə etnik təmizliyə qarşı da vuruşacaq. Ordunun ilkin sayı 5 min olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm