Gənc müğənnimiz bikinisi ilə gündəmə gəldi – VİDEO
Bizi izləyin

Magazin1

Gənc müğənnimiz bikinisi ilə gündəmə gəldi – VİDEO

Gənc müğənni Samra ilk klipini təqdim edib. Publika.az xəbər verir ki, müğənni “O sevir” adlı mahnısına klipi Xəzər dənizinin sahilində çəkdirib.

Sözləri və musiqisi istedadlı bəstəkar MC Murada aid olan mahnının klipində müğənni kifayət qədər cəsarətli addım atıb. Belə ki, klipi boyu çimərlik geyimində kamera qarşısında olub.

Publika.az xəbər verir ki, müğənni ümid edir ki, mahnısı dinləyicilərinin xoşuna gələcək:

“Kollektiv olaraq mahnımın və klipimin uğurlu alınması üçün əlimizdən gələni etmişik. İnanıram ki, bu klip mənə yaradıcılığımda uğur gətirəcək. Xüsusi təşəkkürümü isə anama bildirirəm. O, bütün yaradıcı işlərimdə mənə kömək edir”.

Xatırladaq ki, Samra “O səs Türkiyə” müsabiqəsində iştirak edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm