Mədəniyyət
Qəbələdə Dövlət Kamera Orkestrinin konserti olub
Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Dünən Heydər Əliyev Konqres Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, Prezident mükafatçısı Teymur Göyçayevin dirijorluğu ilə keçən konsertdə dahi bəstəkar Ü.Hacıbəylinin “Arazbarı”, F.Əmirovun “Min bir gecə” baletindən Mərcanənin rəqsi, S.İbrahimovanın fortepiano və orkestr üçün 5-ci konserti, Motsartın “Divertisment in B”, D.Şostakoviçin fortepiano və orkestr üçün 1-ci konserti tamaşaçılara təqdim edilib.
Konsertdə məlumat verilib ki, Azərbaycan musiqisinin klassikləri olan Q.Qarayev və F.Əmirovun təşəbbüsü ilə 1964-cü ildə yaradılan Azərbaycan Dövlət Kamera Orkestrinin ilk baş dirijoru və bədii rəhbəri Xalq Artisti, dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 40 ildən çox davam edən fəaliyyəti zamanı dünyanın bir çox şəhərlərində, beynəlxalq nüfuzlu festivallarda iştirak edib. Orkestrin repertuarına Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Teymur Göyçayevdir.
Həmçinin konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadənin (piano) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundovanın (piano) çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, iyulun 29-da Qəbələdə kamera konsertləri ilə yanaşı, muğam axşamı da təşkil olunacaq.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!