İŞİD-in Azərbaycan əsilli İstanbul əmiri haqda ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

İŞİD-in Azərbaycan əsilli İstanbul əmiri haqda ŞOK FAKTLAR

Azərbaycan əsilli olduğu iddia edilən İŞİD-in İstanbul əmiri Abdulla Abdullayev haqda maraqlı faktlar məlum olub.


Publika.az xəbər verir ki, Türkiyədə İŞİD-in əcnəbi döyüşçülərinə rəhbərlik edən, həmçinin dünyanın müxtəlif yerlərindən terror təşkilatına qoşulmaq istəyənləri Türkiyəyə gətirib, buradan Suriya və İraqa keçirən A. Abdullayev artıq həbsxanaya göndərilib.

Yayılan məlumatlara görə, bu ilin yanvar ayında Sultanahmetdə terror törədən dağıstanlı Diana Ramazovanı da Türkiyəyə Abdullayev gətirib. Ramazova terror aktına qədər 4 gün ərzində Abdullayevin yanında qalıb və ona kömək edib. A. Abdullayevin polisdə ifadə vermədiyi deyilir.
Qeyd edək ki, A. Abdullayev həbs olunanda onun Azərbaycan vətəndaşı olduğu haqda məlumatlar yayılmışdı. Lakin daha sonra onun çeçen əsilli olmasına dair xəbərlər də ortaya çıxdı.

Abdullayevlə eyni zamanda həbs olunan əsas adam Əbu Həmzə ləqəbli Halis Bayancuk da polisdə ifadə verməkdən imtina edib. O, “İŞİD-ə əsgər toplama”, “İŞİD-in Türkiyə üzrə əsas adamı olma” kimi iddialara cavabında “Tağut sisteminin adamlarısınız. Hamınız kafirsiniz. Şəriətlə idarə olunmayan heç bir dövlətin hökmü bizim üçün qəbul deyildir. Sizi tanımıram” deyə bildirib.
Onunla birlikdə həbs olunan həyat yoldaşı isə sərbəst buraxılıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm