Yenidən “dirilən” Molla Ömər Ramazan mesajı verdi və yenə öldü – ŞOK
Bizi izləyin

Dünya

Yenidən “dirilən” Molla Ömər Ramazan mesajı verdi və yenə öldü – ŞOK

Talibanın məşhur lideri Molla Ömərin yaşadığı iddiaları yayılıb.

Publika.az xəbər verir ki, iki həftə öncə Taliban Molla Ömərin adından Ramazan bayramı mesajı yayıb. Bundan sonra iki il öncə öldüyü xəbəri yayılan Taliban liderinin yaşadığı, yoxsa öldüyü sualları ortaya çıxıb.

Əfqanıstan hökumətinin adının açıqlanmasını istəməyən rəsmilərindən biri “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, Pakistan Kabilə Molla Ömərin ölümü haqda məlumat verib. Mənbə Molla Ömərin iki il öncə Pakistanda xəstəlikdən öldüyünü qeyd edib.

Pakistan rəsmiləri isə Molla Ömərin adından yayılan mesaj haqda Əfqanıstan hökumətinin münasibət bildirməsindən sonra danışacaqlarını açıqlayıblar.

Molla Ömər kimdir?

Molla Məhəmməd Ömər, yaxud Molla Ömər adı ilə tanınan bu şəxs Talibanın əsas liderlərindəndir. 1996-cı ildə Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanın böyük bir qismi tərəfindən dövlət başçısı olaraq qəbul olunur. Lakin beynəlxalq ictimaiyyət onu prezidenti kimi tanımayıb. O, ABŞ-ın 2001-ci ildə hücumlarına qədər de-fakto olaraq dövlət başçısı olaraq fəaliyyət göstərib.

Molla Ömər 1960-cı ildə Əfqanıstanın Kandahar vilayətinin Şah-ı Himmat kəndində doğulub. 1980-ci illərdə SSRİ-yə qarşı müharibədə iştirak edib. Həmin vaxt mərmi partlayışı nəticəsində sağ gözünü itirib.
“Əl-Qaidə” lideri Usama Bin Ladenin yaxın münasibət qurduğu çox az adamlardan biri olub. ABŞ 11 sentyabr hadisələrində günahlandırılan Molla Ömərin başına 10 milyon dollar pul qoymuşdu.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm