Ben Afflek həyat yoldaşının yanına qayıtdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Ben Afflek həyat yoldaşının yanına qayıtdı - FOTOLAR

Hollivudun məşhur cütlüyü - Ben Afflek və Cennifer Qarnerin boşanmaları haqqında xəbər elan olunduqdan sonra cütlük yenidən uşaqları ilə birlikdə görüntülənib.

Məşhur cütlüyə yaxın mənbələrin sözlərinə görə, onlar rəsmi şəkildə boşanmağa tələsmirlər. İndi Ben öz ailəsinə daha çox qayğı və diqqət göstərir. Onlar münasibətlərinin çətin dövrlərini yaşasalar da, yaraşıqlı aktyor öz ailəsinin yanında çox xoşbəxtdir.

Xatırladaq ki, ər-arvadın boşanması haqqında ötən ay mətbuatda xeyli xəbərlər çıxmışdı. Yazılanlara inansaq Cennifer və Ben çoxdandır ki, birgə yaşamırlar. Bundan başqa, xarici mətbuatı yazırdı ki, Afflek kazinoda çox vaxt keçirir, həmçinin spirtli içkilərə aludə olub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm