Nüşabə Ələsgərli: “Nəyim varsa, satacağam”
Bizi izləyin

Magazin1

Nüşabə Ələsgərli: “Nəyim varsa, satacağam”

Hər zaman şou-biznesin ən varlı xanımları sırasında adı hallanan əməkdar artist Nüşabə Ələsgərli sosial şəbəkələrdə qınaq obyekti olub. Buna səbəb onun xərcəng xəstəliyindən əziyyət çəkən bacısı ilə bağlı dedikləri olub. Belə ki, ifaçı mətbuata açıqlamasında bacısının dərmanlarının baha olduğunu və müalicə üçün imkanın çatmadığını söyləyib. Əməkdar artistin sosial şəbəkədəki izləyiciləri onu bacısına baxmamaqda ittiham ediblər.

Publika.az xəbər verir ki, ünvanına yazılan fikirləri oxuyan sənətçi instaqram bloqunda fikrinin düzgün anlaşılmadığını iddia edib.

“Mənə pis şərhlər yazanlara ayıb olsun! Başqa söz tapmıram. Mən müsahibəmin əvvəlində demişəm ki, sinif yoldaşım xəstədi. Kömək istəyir. Amma bizim də xəstəmiz olduğuna görə ona kömək edə bilmədim. Mən sağlamlıq sığortasından danışıram. Nə qədər insan xərçəngdən əziyyət çəkir. Mənə sual olundu ki, “kimdənsə kömək istəmisiniz?” Cavab verdim ki, yox. Nə lazım olsa, özüm edirəm. Artıq bir il yarımdır ki, xəstədir. Həm də kimdənsə kömək istəsəm, mənə ayıb olar. Bəli, lazım olsa, nəyim varsa satacağam, sonadək mübarizə aparacağam. Amma mən bunu imkansız insanlar üçün demişdim. Onkoloji xəstəsi olanlar bilirlər bu, necə çətindir. Nəsə, oturub mənim pulumu sayanlar, gedin...”

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm