Dünya
Bir şəhidin əvəzinə üç terrorçu: Türkiyədə küçə döyüşləri gedir – FOTOLAR
Türkiyənin Diyarbəkir bölgəsində PKK terrorçusunun
silahlı hücumu nəticəsində bir polis şəhid olub, yoldan keçən bir
sivil vətəndaş da öldürülüb, daha bir nəfər isə
yaralanıb.
Publika.az xəbər verir ki, polis məmuru Mehmet
Uyar ağır yaralanandan sonra xəstəxanaya aparılıb. Həkimlərin
müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis terrorçuları tutmaq üçün əməliyyatlara başlayıb.
Elazığ bölgəsində də terrorçular polisə hücum edib. Lakin cavab
atəşi ilə susdurulandan sonra qaçmağı bacarıblar.
Şırnak bölgəsində isə polis idarəsinə hücum edən terrorçulardan
biri tutulub. Axşam saatlarında yoldan keçən qara rəngli nömrəsiz
avtomobildən polislərə atəş açılıb. Cavab atəşi nəticəsində
terrorçulardan biri ölü olaraq ələ keçirilib. Biri yaralanan digər
üç terrorçu isə avtomobili buraxaraq qaçmağı bacarıblar.
Avtomobildə çoxlu sayda silah-sursat tapılıb.
Ölü ələ keçirilən terrorçunun PKK-nın dağ qrupunda
komandirlərdən biri olduğu ehtimal olunur.
Ağrı vilayətində də terrorçular polisə hücum edib. Silahlı
qarşıdurmada iki terrorçu məhv edilib, ikisi isə yaralanıb.
Asif
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI