Türkiyə ŞOKDA: Kanalizasiya adı ilə terrorçulara tunel qazırlar
Bizi izləyin

Dünya

Türkiyə ŞOKDA: Kanalizasiya adı ilə terrorçulara tunel qazırlar

Türkiyədə HDP-li millət vəkillərinin PKK-ya yardım etdiyi ortaya çıxıb.

Publika.az xəbər verir ki, kəşfiyyat məlumatlarında HDP-nin bəzi bələdiyyə sədrlərinin də PKK ilə eyni hərəkət etdiyi və onlara yardımlar göstərdiyi məlum olub. Belə ki, bələdiyyə sədrlərinin kanalizasiya adı ilə qazdıqları tunellərə PKK bomba yerləşdirir. Plana görə hərbi kolon keçən zaman tunellərə qoyulan bombalar partladılacaqdı.

Bununla yanaşı, PKK-ya dəstək verən qrupların etiraz aksiyalarında istifadə etdikləri silahların terror təşkilatı tərəfindən göndərildiyi də məlum olub. Hakkaridə əllərində torba olan şəxsləri saxlayan polis 4 ədəd Kalaşnikov markalı avtomat, 4 kamuflyaj aləti və 750 ədəd güllə tapıb. Silahlar etiraz aksiyalarında istifadə ediləcəkmiş. Bütün bu işlərə HDP-li millət vəkillərinin də kömək etdiyi deyilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm