Nida.az
Qonşu dövləti İraqın taleyi gözləyir – ŞOK PLAN
“ABŞ İŞİD vasitəsilə İranı vurmaq istəyir. Bu ölkə çoxillik sanksiyalara baxmayaraq öz güclü ordusunu saxlamağı bacarıb. Tehran İraqın şiə hissəsində nəzarəti ələ ala və Suriyada rejimi saxlaya bilər. Amma qələbə itkilərlə mümkün ola bilər”.
Publika.az xəbər verir ki, Şərq əməkdaşlığı institutunun
rəhbəri, İsrail eksperti Avrom Şmuleviç deyib.
Onun sözlərinə görə, 11 sentyabrından sonra Amerikaya əsasən xarici
düşmən lazımdır: “Bu rolu İŞİD üzərinə götürə bilib. Lakin
Vaşinqtonda “Əl-Qaidə” ilə bağlı səhvləri də unutmurlar. İndi
tədricən idarəçilikdən çıxan İŞİD zərərsizləşdirmək üçün ABŞ-a
regionda müttəfiqlər lazımdır. İranla razılaşmaların arxasında bu
amil də dayanır. Yerusəlimdə və Vaşinqtonda əla anlayırlar ki, İran
öz nüvə proqramlarından imtina etməyəcək. Bu sadəcə olaraq
təhlükənin təxirə salınmasıdır. İrana da bu razılaşma dondurulmuş
pulların geri alınması və neft bazarına daha rahat çıxış üçün
lazımdır”.
İsrail eksperti hesab edir ki, ABŞ İŞİD-ə qarşı İran ordusuna yarım
edə bilər: “Bu İran ordusunu gücləndirəcək, lakin paralel olaraq
regiondakı digər ölkələr üçün real təhlükəyə çevriləcək. Yaxın
Şərqdə ABŞ-ın əsas müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanı
bunu anlayır, amma Ağ Evin indiki siyasətini qəbul etmirlər”.
Avrom Şmuleviçin fikrincə, İran indiki halda İŞİD-ə qarşı
əməliyyatlara başlamayacaq. Onun sözlərinə görə, bu baş verərsə, o
zaman Tehran regionda və dünyada mövqelərini möhkəmləndirəcək. İran
İŞİD-ə qarşı əməliyyatlara başlasa, qənimət kimi İraqın şiə
hissəsinə nəzarəti ələ alacaq və Suriya rejiminin saxlanılmasına
çalışacaq”.
Lakin İsrail eksperti uzaq perspektivdə İranın İraqla eyni taleyi
yaşamasını ehtimalının olduğunu bildirib.
“İranda mərkəzdənqaçma meylləri həmişə güclü olub. Bu hazırda sönük
görünsə də, daima bu təhlükə var. Xüsusilə bəluclar və
azərbaycanlılar öz müqəddəratını təyin etmə hüququnu həmişə ön
planda saxlayıblar. Tehranın bütün cəhdləri orta müddətli
perspektivdə İranın vahid dövlət kimi qalmasını təmin edəcək. Lakin
zaman keçdikcə İran de-fakto olaraq İraqın taleyini yaşaya bilər”,
- deyə ekspert vurğulayıb.
Asif Nərimanlı
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI