Maykl Ceksonun əlcəyi satılır - FOTOLAR
Bizi izləyin

Magazin2

Maykl Ceksonun əlcəyi satılır - FOTOLAR

Pop musiqisinin mərhum kralı Maykl Ceksonun məşhur ağ rəngli əlcəyi və qara dəri pencəyi auksiona çıxarılıb.

Publika.az xəbər verir ki, müğənninin "Bad" albomunun üz qabığındakı şəklində və albomu ilə eyni adı daşıyan mahnısının klipində istifadə etdiyi əlcəklə pencək “Nate D Sanders” auksion evində satılacaq. 2009-cu ildə vəfat edən ulduzun bu məşhur geyimləri üçün ilkin qiymət olaraq 20 min dollar təyin edilib.

Qeyd edək ki, daha öncə də ulduzun əlcəkləri auksiona çıxarılıb. 2009-cu ildə onun əlcəklərindən biri 350 min dollara, digəri isə 160 min dollara satılıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm