"Rəvan"ın planı dəyişdi
Bizi izləyin

İdman

"Rəvan"ın planı dəyişdi

Zaqatalada təlim-məşq toplanışını davam etdirən "Rəvan”nın hazırlıq planında dəyişiklik edilib. Publika.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

"Rəvan”ın avqustun 2-də Tiflisdə "Saburtalo” klubu ilə nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq.

Əvəzində, paytaxt təmsilçisi eyni tarixdə Gürcüstanın digər elita klubu "Sioni” ilə üz-üzə gələcək. Tiflisdə keçiriləcək oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq.

"Sioni”dən öncə isə "Rəvan” "Qəbələ”nin əvəzedici komandası ilə qüvvəsini sınayacaq. İyulun 31-də Qəbələdə oynanılacaq matç saat 19:00-a təyin olunub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm