Bu adam hələ 1996-cı ildə yaşayır - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu adam hələ 1996-cı ildə yaşayır - FOTOLAR

ABŞ-ın Arkanzas ştatının 51 yaşlı sakini Terri Uollis bizim zamandan 19 il geri qalır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun uzun illər əvvəl ağır avtomobil qəzasına düşməsidir. Yol nəqliyyat hadisəsində ağır bədən xəsatərləri, o cümlədən beyin zədəsi almış bu şəxs həkimlərin gərgin əməyi nəticəsində sağ qalıb. 19 il komada qalan Terri Uollisə bu illər ərzində xanımı və ailə üzvləri dəstək verib.

Komadan ayıldıqdan bir neçə il sonra danışmağa başlamış Uollisin sağalması həm də tibb elminin yeni ixtira olub. Həkimlər bununla insanın zədələnmiş beyninin tədricən əvvəlki funksiyasını bərpa etməsinə əmin olublar.

Qeyd edək ki, Amerikanın tibb ekspertləri hələ bir neçə il əvvəl komadan ayrılmış bu şəxsin beyni üzərindəki müayinələri davam etdirirlər. O ki qaldı həyatının 19 ilini geri düşən bu şəxsə, o, təbii ki, son illər ərzində nələrin baş verməsindən xəbərsizdir. Oğlunun sözlərinə görə, hərdən atası onlarla zarafat edir, hətta yenidən sağlam həyata qayıtmasından xoşbəxt olduğunu bildirir. Ailə üzvləri Uollisin 2015-ci deyil, 1996-cı ildə "yaşadığını" deyirlər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm