Dünya
ABŞ-ın şərq sahilində dənizin səviyyəsi yüksək templə qalxır
ABŞ-ın paytaxt Vaşinqtonun yerləşdiyi şərq sahilində dənizin səviyyəsi yüksək templə qalxır. Birləşmiş Ştatların Vermont Universitetinin və Geologiya Xidmətinin alimləri belə bir qənaətə gəliblər. Onların araşdırmalarına görə, ABŞ paytaxtının yerləşdiyi regionda torpaq çökməsi prosesi gedir ki, bunun da nəticəsində Vaşinqton əsrin sonuna qədər daha 15 santimetr enəcək.
Geoloqlar hesab edirlər ki, buna səbəb həm qlobal istilər nəticəsində buzların əriməsi, həm də Çesapik körfəzinin sahillərində torpağın tədricən çökməsidir. Alimlər sübut ediblər ki, Çesapik körfəzində dəniz səviyyəsinin artım tempi dünya üzrə orta göstəricidən iki dəfə çoxdur. Araşdırmalar göstərir ki, Vaşinqtonun yerləşdiyi regionda torpaq çökməsi uzun geoloji prosesdir. Bu proses torpağın insan tərəfindən istifadəsi və ya iqlim dəyişikliyindən asılı olmayaraq eyni templə hələ uzun illər davam edəcək. Hətta bu geoloji proseslər olmasa belə regionda dənizin səviyyəsi qlobal istiləşmə səbəbindən qalxacaq. Təkcə iqlim şərtlərinin dəyişməsinə görə bütün planetdə dənizin səviyyəsi əsrin sonuna qədər 76 santimetr qalxacaq.
Alimlər bütün bu faktları analiz edərək belə bir nəticəyə gəliblər ki, 2100-cü ilə qədər ABŞ-ın paytaxtı dünya okeanı səviyyəsindən təqribən bir metr aşağı düşəcək.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ