Ər arvadının başını kəsdi - DƏHŞƏTLİ QƏTL
Bizi izləyin

Hadisə

Ər arvadının başını kəsdi - DƏHŞƏTLİ QƏTL

Kürdəmir rayonunun Sığırlı kəndində qətl hadisəsi baş verib.

Rüstəmov Elmar Poladxan oğlu keçmiş həyat yoldaşı Gülərin başını kəsib. Hadisə onların azyaşlı övladının gözləri qarşısında baş verib.

Qeyd edək ki, ər-arvad bir neçə ay əvvəl ayrılıblar. (Report.az)

Lent.az xəbər verir ki, dünən axşam saatlarında keçmiş qayınanasının evinə gələn E.Rüstəmov burada 23 yaşlı Gülərlə mübahisə edib və daha sonra onun başını kəsib. Hadisədən sonra E.Rüstəmov 1 yaşlı övladını götürərək uzaqlaşıb.

E.Rüstəmov polis tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı o bildirib ki, keçmiş həyat yoldaşı haqqında xoşagəlməz sözlər eşitdiyinə görə bu əməli törədib.

Qeyd edək ki, E.Rüstəmovla G.Mütəllimova bir müddət əvvəl rəsmən boşanıb. Bundan sonra E.Rüstəmov yenidən ailə həyatı qurub. G.Mütəllimovaya gəlincə, o, anası ilə tək yaşayırmış. 23 yaşlı qızın atası xeyli əvvəl vəfat edibmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm