Avropa Liqası: Skopyedə və Genuyada sensasiya
Bizi izləyin

İdman

Avropa Liqası: Skopyedə və Genuyada sensasiya

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Publika.az xəbər verir ki, mərhələyə iyulun 29-da keçirlən "Yablonets" (Çexiya) - "Kopenhagen" (Danimarka) matçıyla (0:1) start verilib.

Günün ilk qarşılaşması Qazaxıstanda baş tutub. Burda yerli "Kayrat" Şotlandiya "Aberdin"ini 2:1 hesabıyla məğlub edib.

Skopyedə Makedoniya "Rabotniçki"siylə qarşılaşan "Trabzonspor" gözlənilməz məğlubiyyətlə üzləşib. Belə ki, makedonlar oyundan minimal hesablı qələbəylə ayrılıblar.

3-cü təsnifat mərhələsinin digər maraqlı hesabı Genuyada qeydə alınıb. Burada "Sampdoriya" evdə Serbiya "Voyvodina"sına 0:4 hesabıyla uduzaraq növbəti mərhələyə çıxmaq şansını demək olar itirib.

Avropa Liqasındakı təmsilçilərimiz - "Qəbələ" və "İnter" də bu gün meydana çıxıb. "Qəbələ" Kiprdə "Apollon"la 1:1 bərabərə qalıb. "İnter" isə İspaniya "Atletik"inə 0:2 hesabıyla məğlub olub.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

30 iyul

19:45 Kayrat (Qazaxıstan) - Aberdin (Şotlandiya) 2:1

21:00 Elfsborq (İsveç) - Odd Qrenland (Norveç) 2:1

22:00 PAOK (Yunanıstan) - Spartak (Trnava, Slovakiya) 1:0

22:00 Apollon (Kipr) - Qəbələ (Azərbaycan) 1:1

22:00 AİK (İsveç) - Atromitos (Yunanıstan) 1:3

22:00 Altax (Avstriya) - Vitoriya (Portuqaliya) 2:1

22:00 Krasnodar (Rusiya) - Slovan (Slovakiya) 2:0

22:00 Şturm (Avstriya) - Rubin (Rusiya) 2:3

22:00 Slovan (Çexiya) - Hapoel (Kiryat-Şmona, İsrail) 2:1

22:30 Sürix (İsveçrə) - Dinamo (Minsk, Belarus) 0:1

22:30 Alkmaar (Hollandiya) - Başakşəhər (Türkiyə) 2:0

22:30 Jilina (Slovakiya) - Vorskla (Ukrayna) 2:0

22:30 Tyun (İsveçrə) - Vaduts (Lixtenşteyn) 0:0

23:00 Debretsen (Macarıstan) - Rusenburq (Norveç) 2:3

23:00 Rabotniçki (Makedoniya) - Trabzonspor (Türkiyə) 1:0

23:00 Brondbü (Danimarka) - Omoniya (Kipr) 0:0

23:00 Kukesi (Albaniya) - Legiya (Polşa) 1:2

23:00 Tırqu Mureş (Rumıniya) - Sent-Etyen (Fransa) 0:3

23:30 Bordo (Fransa) - AEK (Kipr) 3:0

23:30 Standard (Belçika) - Jelezniçar (Bosniya və Herseqovina) 2:1

23:30 Şarlerua (Belçika) - Zarya (Ukrayna) 0:2

23:45 Atletik (İspaniya) - İnter (Azərbaycan) 2:0

23:45 Vest Hem (İngiltərə) - Astra (Rumıniya) 2:2

00:00 Hayduk (Xorvatiya) - Stromsqodset (Norveç) 2:0

00:00 Sampdoriya (İtaliya) - Voyvodina (Serbiya) 0:4

00:00 Belenenseş (Portuqaliya) - Höteborq (İsveç) 2:1

00:05 Volfsberger (Avstriya) - Borussiya (Dortmund, Almaniya) 0:1

00:05 Sautqempton (İngiltərə) - Vitess (Hollandiya) 3:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm