Dama-dama yenə aktualdır - FOTOLAR
Bizi izləyin

Dəb

Dama-dama yenə aktualdır - FOTOLAR

Çiçəklərin, əsrarəngiz təbiətin gözəlliyi yay geyimlərində öz əksini tapır. Odur ki, çiçək naxışları bu mövsümün də trendidir. Lakin yay trendləri bununla bitmir. Həndəsi naxışlı, dama-dama parçalar da isti havalarda öz aktuallığını qoruyub saxlayır.

Bəs, dama-dama naxışların hansı rəngləri dəbdəddir?

Dama-dama köynəklərə gündəlik geyim kimi yay aylarında daha çox üstünlük verilir. Onların əsas üstünlüyü ondadır ki, həm cins, həm də klassik yubka və ya şalvarla əla uyğunlaşırlar.

Bu naxış özünü daha çox idman və “casual” üslubunda göstərir. Halbuki dəri yubka və şortlarla seksual, olduqca qəşəng obraz yaratmaq mümkündür.

Dama-dama naxışlar müxtəlif ölçülərdə olduğu kimi, rəng çeşidi də genişdir. Sadəlik tərəfdarları ağ-qara, qırmızı-ağ rəngləri seçir. Gənc nəslin nümayəndələri isə çəhrayı-ağ, yaşıl-ağ, sarı-ağ, mavi-ağ rənglərə üstünlük verirlər.

Kök xanımlar da dama-dama trendi ilə ayaqlaşmaq istəyirlərsə, bu zaman damaların xırda olmasına fikir verməlidilər. Çünki iri xanalar bədən quruluşunu kök göstərir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm