Ankara sonuncu dəfə xəbərdarlıq etdi: PKK təşviş içində
Bizi izləyin

Dünya

Ankara sonuncu dəfə xəbərdarlıq etdi: PKK təşviş içində

PKK Adananın Pozantı qəsəbəsindəki polis binasına hücum edib.

Publika.az xəbər verir ki, hücum zamanı iki polis şəhid olub. Silahlı atışmada iki terrorçu da məhv edilib. Bundan sonra bölgədə geniş miqyaslı əməliyyat başlayıb.

Hazırda PKK-nın təşviş içində olduğu deyilir. Terror təşkilatının üzvlərinin bir-biri ilə “rabitə qurğusu” ilə danışığında bu aydın şəkildə görünür.

Baş nazir Əhməd Davudoğluna təqdim olunan danışıqlarda PKK-çılar “hamımızı bir-bir tanıyırlar”, “küçəyə çıxanda izləyirlər” kimi təşvişli ifadələr istifadə ediblər.

Bu arada rəsmi Ankara PKK-ya sonuncu dəfə “silahı burax” xəbərdarlığını edib.

“PKK silahı buraxacağı təqdirdə həll müddəti prosesi yenidən başlayacaq. Bu baş verməyincə heç nə mümkün deyil”, - deyə Türkiyə XİN-in sözçüsü Feridun Siniroğlu bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm