Bronde saç dəbi nə deməkdir? - FOTOLAR
Bizi izləyin

Gözəllik

Bronde saç dəbi nə deməkdir? - FOTOLAR

Hər il dəb dəyişir. Özü də sadəcə, geyimdə yox, gözəl görünmək üçün variantlar ilbəil dəyişir. Məsələn, ötən il xanımlar arasında ombre saç stili dəbdə idisə, bu il onun yerini bronde tutub.

Xatırladaq ki, ombre - üst hissələri tünd, uclara doğru getdikcə rəngin açılmasını nəzərdə tutan saç stilidir. Uclardakı rənglər, adətən, kontrast təşkil etməlidir. Yəni, saçların uclarına boya elə çəkilməlidir ki, təbii kölgə effekti versin.

Bəs bronde nə deməkdir?

Bronde saç nə sarı, nə də tünd rəngdə olur. Qəhvəyinin daha yumşaq tonlarından yaranan ombre daha təbii görünür. Üstəlik, onu yeniləmək üçün daim gözəllik salonuna getməyə də ehtiyac qalmır.

Saç mütəxəssisləri bu dəblə ayaqlaşmaq istəyən xanımlara üz dərisinə yaraşan rəng seçməyi tövsiyə edirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm