İŞİD-in Türkiyədəki “pul kassası” ələ keçirildi
Bizi izləyin

Dünya

İŞİD-in Türkiyədəki “pul kassası” ələ keçirildi

Türkiyənin Ankara şəhərində İŞİD terror qruplaşmasının üzvlərinə qarşı növbəti əməliyyat keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı terror qruplaşmasının 6 üzvü saxlanılıb.

Onlardan birinin Ankara şəhərində qeydiyyatda olan vəkil Alper A. olduğu bildirilir.

Məlumata görə, Alper A. İŞİD-in Ankaradakı “pul kassası” hesab olunur. Onun son 9 ayı ABŞ və Türkiyədə keçirdiyi müəyyənləşdirilib.

Alper A.-nın evində aparılan axtarışlar nəticəsində İŞİD-ə aid sənədlər ələ keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm