Vəhhabilərlə görüşən icra başçısı: "Onların ibadət etdiyi məscidi mən tikdirmişəm"
Bizi izləyin

Qırmızı.az

Vəhhabilərlə görüşən icra başçısı: "Onların ibadət etdiyi məscidi mən tikdirmişəm"

Vəhhabilərlə görüşən İcra Başçısı: "Onların ibadət etdiyi məscidi mən tikdirmişəm"

Xəbər vermişdik ki, Xaçmaz sələfiləri rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüblər. Publika.Az –n əldə etdiyi məlumata görə, görüşdə rayon sələfilərin lideri Məhəmməd Cabbarov və onu müşaiyyət edən sələfi fəallarından biri şəxs təmsil edib. Əsas danışıqlar sələfilərin ibadət etdiyi Xaçmaz şəhər məscidinin bağlanması ətrafında aparılıb.

İcra hakimiyyətinin başçısı onlara məscidin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin birgə razılığı əsasında bağlandığını deyib. Məscid iki aydan sonra istifadəyə veriləcək. Ona qədərsə sələfilər Qobuqıraqlı məscidində ibadət edə bilərlər.Lakin həmin məscidin yararsız olduğu deyilir. Sələfilərsə həmin məscidin özləri tərəfindən təmir edilməsi üçün icazə istəyiblər. Amma məsələ hələ açıq qalır.

Mənbə deyib ki, sələfilərin əsas narahatlığı iki aylıq təmirdən sonra onların Xaçmaz şəhər məscidinə qayıtmağa icazə verilməsidir.

Qeyd edək ki, DQİDK sədrinin martın 15-də bölgəyə səfəri gözlənilir.

“Xeberdar.az” saytı görüşün hansı səbəbdən baş tutduğunu və onlarla hası mövzuda müzakirə aparılmasını öyrənmək üçün Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb.O, açıqlamasında sələfiləri qəbul etdiyini və lazım olan qərarların qəbul olunduğunu bildirib.

”Onlar da bizim vətandaşlarımızdır, mənim qəbuluma düşmək üçün gəliblər və məndə qəbul etmişəm.Vəhhabilərin ibadət etdiyi sözügedən məscidi 2005-ci ildə Xaçmaz şəhərinin mərkəzində mən titdirmişəm.

O məscid tikilən vaxt belə söhbətlər yox idi. Son vaxtlar eyvanında problemlər yaranmışdı, damırdı və məndə onun yenidən təmir olunması üçün göstəriş vermişəm.Hal-hazırda da təmir işəri davam edir.Adlarını çəkdikləriniz şəxslər də orda ibadət edirdi, indi müvəqqəti dayanıb.

Bir müddətdən sonra məscid hazır olacaq. Məsələ burasındadır ki, onlar burada məscid tikmək üçün məndən icazə istəyirlər.Mənim də belə səlahiyyətim yoxdu.Bilirsiniz ki, bu işlərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları idarəsi məşqul olur.

Ayın 15- də dini qurumlardan adamlar gələcək, onlar da görüşüb sözlərini deyəcəklər.Nə qərar qəbul oluncaq onu da edəcəyik.Hal- hazırda məscid təmir olunduğu üçün sünnilər də, şiələr də evdə ibadət edirlər.

Mənim rəhbərlik etdiyim rayonda bu məsələlərlə bağlı heç bir problem yoxdur.Onlar da məscidi təmir etdirdiyim üçün sevindilər.Narahatlığa heç bir əsas yoxdur.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm