Çaylarda su azalıb
Bizi izləyin

Qırmızı.az

Çaylarda su azalıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-90 faizini təşkil edir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

İyulun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 103 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 11,5 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 14 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 4, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 345 sm (2014-cü il iyulun 31-də 294 sm), Şirvanda 191 sm (2014-cü il iyulun 31-də 134 sm), Salyanda 120 sm (2014-cü il iyulun 31-də 60 sm), Bankədə 174 sm (2014-cü il iyulun 31-də 189 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2014-cü il iyulun 31-də 16 sm) təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm