Almanlar azərbaycanlı futbolçuya elçi düşdü
Bizi izləyin

İdman

Almanlar azərbaycanlı futbolçuya elçi düşdü

“Zenit”in azərbaycanlı futbolçusu Ramil Şeydayev Almaniya Bundesliqasında oynaya bilər.

Publika.az xəbər verir ki, Şeydayevlə “Şalke” maraqlanır. Bu barədə məlumatı mətbuata Ramilin keçmiş komanda yoldaşı Kiril Kostin sızdırıb. Kostin “Zenit”in baş məşqçisi Andre Villaş-Boaşın Rusiyanın 19 yaşlılardan ibarət yığmasının heyətində Avropa çempionatında çıxış etmiş futbolçularla bağlı dediyi fikirlərə münasibət bildirərkən bu barədə danışıb:

“Villaş-Boaş deyir ki, Avropa çempionatında iştirak etmiş futbolçular icarəyə verilsə yaxşıdır. Onun fikirlərini anlamaq çox çətindir. O, belə hesab edirsə, demək uşaqlara “Zenit”in əsas heyətində oynamaq hələ tezdir.

Ancaq icarə ilə bağlı təkliflər olarsa, bundan yararlanmaq lazımdı. Eşitmişəm ki, Şeydayevə “Şalke”dən belə təklif gəlib”.

Şeydayev Rusiya yığmasının heyətində Avropa çempionatında gümüş medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm