Fəxrəddin Manafov yeni mövsümdən Akademik Teatrda
Bizi izləyin

Magazin1

Fəxrəddin Manafov yeni mövsümdən Akademik Teatrda

Tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov yeni mövsümdə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Teatrın direktoru İsrafil İsrafilovun sözlərinə görə, Fəxrəddin Manafov xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" əsərində baş rolu oynayacaq.

Yeni mövsümdə Milli Dram Teatrının səhnəsində maraqlı səhnə əsərlərinin tamaşaya qoyulacağını deyən İ. İsrafilov, xalq artistləri Fuad Poladov və Fəxrəddin Manafovun eyni tamaşada çıxış edəcəyini bildirib: "Yeni mövsümdə səhnəmizdə yeni simalar görünəcək. Xalq artisti Fəxrəddin Manafovu Milli Dram Teatrına dəvət etmişik. İki tanınmış sənətkarın - Fuad Poladov və Fəxrəddin Manafovun birlikdə çıxış edəcəyi yeni səhnə əsəri hazırlayırıq".

Xatırladaq ki, xalq artisti Fəxrəddin Manafov uzun zamandır heç bir teatrda səhnəyə çıxmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm